"Fənərbaxça" əsas qapıçı Dominik Livakoviçi zədə üzündən itirib.
"Unikal" xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Türkiyə Superliqasının 19-cu turunda "Konyaspor"la görüşdə zədələnən qolkiperin təxminən 1 ay yaşıl sahələrdən kənarda qalacağı bildirilib. Dominikin sağ arxa əzələzində yırtıq müəyyən olunub.
Qeyd edək ki, 30 yaşlı qapıçı bu mövsümdə bütün turnirlərdə 26 oyunda forma geyinib.