EN

Lukaşenkonun hərbi xərclər üçün pulu yoxdur

Belarus Silahlı Qüvvələrinin maliyyələşdirilməsi üçün əlavə vəsait yoxdur. Bunu Belorusun prezidenti Aleksandr Lukaşenko  çərşənbə günü 2025-ci il üzrə Dövlət İnvestisiya Proqramının təsdiqinə dair hesabat zamanı bildirib.

"Uniforma geyinən insanlara xəbərdarlıq etmək istəyirəm: əlavə pul olmayacaq. Harada keçinmək mümkündürsə, keçinmək lazımdır," –  prezidentin mətbuat xidməti Lukaşenkodan sitat gətirib.

Tədbir zamanı dövlət başçısının, güc strukturlarının ehtiyaclarına aid olmayan, prioritet və ya daha çox tələb olunan layihələrə aid bəzi obyektlərin tikintisi planları ilə bağlı tənqidi fikir bildirdiyi qeyd olunub. Məsələn, bu, hərbçilər üçün meydançaların və idman sahələrinin tikintisinə aiddir.
 
N.Təbrizli











www.anews.az
Chosen
4
anews.az

1Sources