Aktau yaxınlığında "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan ikinci pilot Aleksandr Kalyaninovun anası Yelena Kalyaninova oğlu ilə çəkdirdiyi fotonu və övladına həsr etdiyi şeiri paylaşıb.
Paralel.az Oxu.Az-a istinadən xəbər verir ki, Yelena Kalyaninova fotonu və özünün "Facebook" hesabında yerləşdirib.
Xatırladaq ki, dekabrın 25-də səhər AZAL-a məxsus Bakı-Qroznı "J2-8243" nömrəli reysi həyata keçirən "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü daxil olmaqla 67 nəfər (37 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı) olub.
Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Həlak olanlar arasında hər iki pilot daxil olmaqla ekipajın üç üzvü olub. Dekabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 25-də Aktau yaxınlığında baş verən təyyarə qəzasında həlak olmuş ekipaj üzvlərinə - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov və Hökumə Cəlil qızı Əliyevaya "Azərbaycanın Milli Qəhrəmanı" adını verib.