EN

Gürcüstan Azel TV saytının təsisçisini Azərbaycana təhvil verəcək

Tbilisi Apellyasiya Məhkəməsi yanvarın 15-də Azel TV saytının təsisçisi Afqan Sadıqovun Azərbaycana ekstradisiyasına qarşı etdiyi şikayəti təmin etməyib. 

Onun həyat yoldaşı Sevinc Sadıqovanın bildirdiyinə görə, bu, Gürcüstanda bu iş üzrə qərar qəbul edən sonuncu məhkəmə instansiyasıdır.

Öz növbəsində, vəkil Mariam Kvelaşvili agentlik Turan-a açıqlamasında bildirib ki, müdafiə tərəfi Afqan Sadıqovun ekstradisiyasının qarşısını almaq üçün hüquqi addımları davam etdirəcək.

Gürcüstan hakimiyyəti Sadıqova siyasi sığınacaq verməkdən imtina edib. Noyabrın 28-də Tbilisi Şəhər Məhkəməsi Afqan Sadıqovun Azərbaycana ekstradisiya edilməsi barədə qərar qəbul edib.
 
N.Təbrizli











www.anews.az
Chosen
14
anews.az

1Sources