EN

Universitetdən çıxarılan tələbələrin sayı AÇIQLANDI

2023-2024-cü tədris ilində Azərbaycanda ali təhsil müəssisələrindən hərbi xidmətə çağırış, yaşayış yerini dəyişmək, xəstəlik və inzibati qaydaları pozmaq səbəbindən 1 343 tələbə xaric edilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Azərbaycan müəllimi"nə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, bunlardan 1 144 nəfəri dövlət qurumları tabeliyində olan ali təhsil müəssisələrinin payına düşür.

Chosen
3
5
modern.az

6Sources