2023-2024-cü tədris ilində Azərbaycanda ali təhsil müəssisələrindən hərbi xidmətə çağırış, yaşayış yerini dəyişmək, xəstəlik və inzibati qaydaları pozmaq səbəbindən 1 343 tələbə xaric edilib.
Bu barədə ?Azərbaycan müəllimi?nə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, bunlardan 1 144 nəfəri dövlət qurumları tabeliyində olan ali təhsil müəssisələrinin payına düşür.