ABŞ-dəki Qayalı dağlarda buzların əriməsi minlillərlə gizli qalmış tarixi üzə çıxarıb.
Yenicag.az xəbər verir ki, dəniz səviyyəsindən 3 min 100 metr hündürlükdə buzların əriməsilə tarixi 6 min il əvvələ qədər gedib çıxan 30 şam ağacı aşkarlanıb.
Qeyd edilir ki, ağaclar belə yüksəklikdə havaların ortalama dərəcəsinin 6,2 vahid artması ilə yetişə bilib. Ancaq daha sonra baş verən vulkan püskürmələri ilə gün işığının qarşısı kəsildiyindən ağaclar məhv olublar.
Sözügedən ağac qalıntıları isə buz təbəqəsi sayəsində günümüzə qədər gəlib çıxıb.