Əksər insanlar bankomatların kartları geri qaytarmaması problemi ilə qarşılaşıb.
Belə olan zaman insanların əksəriyyəti nə edəcəklərini bilmirlər.
Əkrəm Həsənov deyib ki, pin kod bir neçə dəfə səhv yığılanda bankomat kartı geri qaytarmaya bilər:
“Kartın müddəti keçəndə və yaxud bloklananda da bu problemlə üzləşmək olur. Bankomat kartı geri qaytarmırsa, bankomatın yanından ayrılmaq məsləhət görülmür. Bankomat əgər donubsa, 10-20 dəq sonra özünə gəlir və kartı geri qaytarır. Bu üsullarla kartı geri qaytarmaq mümkün olmayıbsa, həmin kartın aid olduğu banka zəng vuraraq problem barədə mlumat vermək lazımdır”.\\hit.az