EN

BlackRock-un aktivləri rekord vurdu

BlackRock-un aktivləri 2024-cü ilin dördüncü rübündə 21% artaraq rekord vurdu.

Dünyanın ən böyük aktivlərin idarə edilməsi şirkəti BlackRock tərəfindən idarə olunan aktivlərin dəyəri 2024-cü ilin dördüncü rübündə 21 faiz artaraq, birjalardakı güclü performansla dəstəklənən rekord 11,6 trilyon dollara çatıb.

Nyu-Yorkda yerləşən şirkətin idarə olunan aktivləri əvvəlki ilin eyni dövründə 10,01 trilyon dollardan 11,55 trilyon dollara yüksəlib, üçüncü rübdə isə bu rəqəm 11,48 trilyon dollar olub.

BlackRock-un xalis gəliri dördüncü rübdə 1,67 milyard dollara və ya hər səhmə görə 10,63 dollara yüksəlib. Blackrock əvvəlki ilin eyni dövründə 1,38 milyard dollar və ya hər səhmə görə 9,15 dollar xalis gəlir əldə edib.

Chosen
3
kommersant.az

1Sources