Polşanın baş naziri Donald Tusk qeyd edir ki, Rusiya bütün dünyada hava yollarına qarşı hava terroru planlaşdırırdı.
Tusk bunu Varşavada Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib. Polşanın baş naziri bildirib ki, yanvarın 14-də o, digər ölkələrin liderləri ilə Baltik dənizində təhlükəsizlik və Rusiyanın təxribatı halları barədə danışıb. “Düşünürəm ki, bu təxribat aktları – Rusiyanın təkcə Ukraynaya deyil, bütün sivil dünyaya elan etdiyi müharibə versiyaları da birgə hərəkət tələb edir”, – Tusk bildirib.
Onun sözlərinə görə, Polşa təkcə Polşa ərazisindən kənarda da Rusiyanın təxribat hallarına qarşı mübarizədə əsas rol oynayır, – Tusk vurğulayıb: “Mən yalnız məlumatı təsdiq edə bilərəm – Rusiya təkcə Polşaya qarşı deyil, həm də dünyanın bütün aviaşirkətlərinə qarşı hava terroru planlaşdırırdı”.
//Samir Qurbanov, Editor.az