EN

Tbilisi Apellyasiya Məhkəməsi Əfqan Sadıqovun ekstradisiyasını təsdiq edib

Yanvarın 15-də Tbilisi Apellyasiya Məhkəməsi Azərbaycana ekstradisiyasına etiraz edən Azel TV saytının təsisçisi Əfqan Sadıqovun şikayətini təsdiq etməyib. 

Onun həyat yoldaşı Sevinc Sadıqovanın Turan-a verdiyi məlumata görə, bu, Gürcüstanda bu iş üzrə qərar qəbul edən sonuncu məhkəmə instansiyasıdır.

Öz növbəsində, vəkil Mariam Kvelaşvili Turan-a bildirib ki, müdafiə tərəfi Əfqan Sadıqovun ekstradisiyasının qarşısının alınması üçün hüquqi addımları davam etdirir. 

Həyat yoldaşının sözlərinə görə, Əfqan 117 gündür aclığı davam etdirir və onun vəziyyəti ağırdır.

* Əfqan Sadıqov təqibdən ehtiyatlanaraq, 2023-cü ilin dekabrında ailəsi ilə birlikdə Gürcüstana gəlib. İyulda o, Gürcüstandan Türkiyəyə buraxılmayıb, yalnız Azərbaycana qayıda biləcəyi bildirilib.

Avqust ayında Azərbaycanın sorğusu ilə Ə.Sadıqov həbs edilib. Bakıda o, pul tələb etməkdə ittiham olunur və onun ekstradisiyası tələb olunur. Sentyabrın 21-dən o, həbsinə və ona sığınacaq verilməməsinə etiraz əlaməti olaraq aclıq edir.

Oktyabrın 8-də aclıq nəticəsində onun vəziyyəti pisləşib və o, Gürcüstan Penitensiar Xidmətinin Tibb Müəssisəsinə köçürülüb. 

Gürcüstan hakimiyyəti ona siyasi sığınacaq verməkdən imtina edib.

Noyabrın 28-də Tbilisi şəhər məhkəməsi Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası haqqında qərar qəbul edib.

Chosen
10
turan.az

1Sources