EN

Etnik təmizləmə və kütləvi qırğın siyasəti məhz Ermənistana və ermənilərə xas xüsusiyyətdir - Azərbaycan XİN

Bakı. Trend:

Etnik təmizləmə və kütləvi qırğın siyasəti məhz Ermənistana vəermənilərə xas xüsusiyyətdir.

Trend xəbərverir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi AyxanHacızadənin Ermənistan XİN-in 15 yanvar 2025-ci il tarixli bəyanatıilə bağlı şərhində deyilir.

"Ermənistanın hazırkı Xarici İşlər Nazirliyi öz sələflərinintəcrübəsini davam etdirərək, uydurma açıqlamaların verilməsi iləməşğuldur.

Ermənistan Xarici İşlər Nazirliyinin guya 1990-cı ilinyanvarında Bakıda ermənilərə qarşı qırğının törədilməsi ilə bağlıəsassız bəyanatı bu ölkənin Azərbaycana qarşı sistematik etniknifrət və dözümsüzlük siyasətinin hələ də davam etdirildiyinigöstərir.

Ermənistan XİN-ə xatırladırıq ki, etnik təmizləmə və kütləviqırğın siyasəti məhz Ermənistana və ermənilərə xas xüsusiyyətdir",- o bildirib.

Onun sözlərinə görə, 20-ci əsrin əvvəllərindən 1920-ci illərinəvvəllərinə qədər azərbaycanlılara qarşı həyata keçirilən kütləviqırğınlardan və sürgünlərdən əlavə, 1948-1953-cü illərdə və 1987-ciildən başlayaraq Ermənistan SSR ərazisindəki tarixi-etniktorpaqlarından ümumilikdə 450 min nəfərdən çox azərbaycanlınınkütləvi surətdə qəddarcasına deportasiya edilməsi faktlarıErmənistan tərəfinə yaxşı məlumdur.

"Ermənistan XİN-i bu kimi uydurma təbliğat xarakterli məlumatlaryaymaqla tarixən Azərbaycanın dinc əhalisinə qarşı həyata keçirdiyisoyqırımı, etnik təmizləmə siyasətini, Xocalı şəhərində bir gecədə613 mülki şəxsi vəhşicəsinə qətlə yetirdiyini, 30 ilə yaxın müddətərzində bir milyondan çox Azərbaycanlının fundamental hüquqlarınıkobudcasına pozduqlarını gizlətmək məqsədini güdür.

Ermənilərin saxta propaqandasının tərkib hissəsi olan uydurma"Sumqayıt qırğınları"nın Azərbaycanlıların deportasiyası və kütləvişəkildə qətlə yetirilməsinə haqq qazandırmaq üçün ermənilərindüşünüb hazırladığı və Eduard Qriqoryan vasitəsilə icra olunan birplan olduğunu bütün dünya bilir.

Bakı nefti və Azərbaycanın zənginliklərinin hesabına varlanan vəqazandıqları vəsaitləri azərbaycanlıların qırğınına və tarixiabidələrinin məhvinə xərcləyən ermənilərin kompensasiya almaqhüququnun olduğunun iddia olunması isə absurd təfəkkürdən xəbərverir.

Ermənistan tərəfindən tarixi kütləvi şəkildə saxtalaşdırantəbliğat sülhə xidmət etmir və təhlükəlidir", - A.Hacızadəbildirib.

Chosen
12
47
az.trend.az

10Sources