EN

Qərb Ukrayna ilə bağlı Trampla danışıqlarda Kremlin şərtlərindən xəbər verib » AzadMedia.az



Rusiya ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla danışıqlarda NATO ilə hərbi əlaqələrin kəskin şəkildə azaldılmasını tələb edəcək. Bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.
Agentliyin mənbəsinin sözlərinə görə, Kremlin mövqeyi ondan ibarətdir ki, ayrı-ayrı NATO üzvləri ikitərəfli təhlükəsizlik razılaşmalarına uyğun olaraq Ukraynaya silah tədarükünü davam etdirə bilərlər, lakin bu cür silahlar Rusiyaya qarşı və ya ərazilərin qaytarılması üçün istifadə edilməməlidir.
Bundan əlavə, Rusiya tərəfinin şərti faktiki olaraq Rusiyanın nəzarətində olan Ukrayna ərazisinin demək olar ki, 20 faizinə nəzarəti saxlamaq olacaq.
Chosen
2
1
azadmedia.az

2Sources