EN

ABŞ Prezidenti Qəzza razılaşmasının detallarını açıqladı -

ABŞ-ın Misir və Qətərlə birlikdə bir neçə aylıq intensiv diplomatik səylərindən sonra İsrail və HƏMAS bu gün atəşkəs və girovlar barədə razılığa gəliblər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ABŞ Prezidenti Ağ Evdə keçirdiyi brifinqdə deyib.

 

O bildirib ki, razılaşmaya əsasən döyüşlər dayandırılacaq, Qəzzada fələstinli mülki şəxslərin ehtiyac duyduğu humanitar yardımlar artırılacaq və 15 aydan çox saxlanılan girovlar ailələrinə qovuşacaq.

 

Bayden əlavə edib ki, razılaşmanın birinci mərhələsi altı həftə davam edəcək və buraya tam atəşkəs, İsrail qüvvələrinin Qəzzanın bütün məskunlaşmış ərazilərindən çıxarılması və HƏMAS tərəfindən saxlanılan bir sıra girovların azad edilməsi daxildir. 

 

Baydenin sözlərinə görə, ikinci mərhələ bütün girovların azad edilməsi və qoşunların çıxarılması prosesinin başa çatmasını nəzərdə tutur. Üçüncü mərhələnin həyata keçirilməsi zamanı isə öldürülən girovların qalıqları qohumlarına qaytarılacaq, bundan sonra anklavın bərpası prosesi başlayacaq.

 

“Mən bu planı 2024-cü il mayın 31-də verdim, bundan sonra o, BMT Təhlükəsizlik Şurası tərəfindən yekdilliklə təsdiqləndi. Bu, təkcə HƏMAS-ın məruz qaldığı təzyiqin, Livanda atəşkəsin əldə olunması və İranın zəifləməsindən sonra dəyişmiş regional vəziyyətin deyil, həm də qətiyyətli və zəhmətkeş Amerika diplomatiyasının nəticəsidir”, -deyə Bayden vurğulayıb.

Chosen
18
39
senzor.az

10Sources