EN

İlkin Həsəni: “Qeyrətsiz, şərəfsiz, insanlıqdan uzaq…”

Ajans.az xəbər verir ki, bu barədə İlkin Həsəni özünün instaqram hesabında paylaşım edib:

“Bilirsiz ki, bir neçə gün qabaq çox həssas günlər yaşadıq. Çox təəssüf k, bu günlərdə çox şərəfsiz, qeyrətsiz, insanlıqdan uzaq insanları tanıdıq.Xəstəxanada gərginlik içində, hər kəsin həkimlərdən bir xəbər gözlədiyi vaxtda mənə zəng gəldi. Azərin izləyicisi olduğunu və özünü Seyid adıyla təqdim edən şəxs dostumun ailəsinə maddi dəstək təklif etdi. Əvvəlcə rədd etsək də, sonra düşündüm ki, belə bir məqamda bu da bir kömək ola bilər, qəbul etdim. Həmin şəxs Rusiyada yaşayan digər azərbaycanlılarla yığışıb 10 minə yaxın pul yardımı edəcəyini bildirdi. Bir neçə dəfə zəngləşdik. O, ailəsinin də xəstəxanaya gələrək şəxsən kömək edəcəyini bildirdi. Daha sonra mən bu adamı həmin vaxt Rusiyadan gələn dostumuz Samirə yönləndirdim. Lakin bu Seyid adlı şəxs növbəti dəfə mənə zəng edərək ailəsinin quru sərhədiylə gəldiyini, Azərbaycanda bütün kartlarının bloklandığını, buna görə də yeganə aktiv kartına 200 azn göndərməyimi istədi. Həmin an anladım ki, nə məsələdir. Bunu ona görə danışdım ki, az qalsın mən belə aldanırdım. Sevinmişdik ki, dostumuzun belə sevənləri var. Halbuki, nə qədər şərəfsiz, insanlıqdan uzaq insanlar imiş.Bu cür insanlar həssas məqamlarda sizdən istifadə edə bilərlər. Aldanmayın, ayıq-sayıq olun”.

Chosen
3
Ajans.az

1Sources