Futbol üzrə Azərbaycan Premyer Liqasında komanda sayı artırıla bilər.
Publika.az xəbər verir ki, elitada komandası 12-yə yüksəldilə bilər. Futbol kuluarlarında gəzən söz-söhbətə görə, AFFA rəhbərliyi bu məsələni ciddi şəkildə müzakirə edir.
SOCAR-ın “qara kassir”i Adnan Əhmədzadənin rəhbəri olduğu ASTA-nın “Mingəçevir”in sahibinə çevrilməsindən sonra komanda sayının artırılması aktuallaşıb.
Bildirilir ki, Premyer Liqadan heç bir klub düşməyəcək. Əvəzində Birinci Liqadan 2 komanda – “Qəbələ” və “Mingəçevir” çempionatın iştirakçıları sırasına qoşulacaq. Beləcə, komanda sayı 12-yə çatdırılacaq.