EN

Baş verənlər radikal müxalifətin zəif səyləridir - Kobaxidze

“Gürcü xalqı 2024-cü il oktyabrın 26-da seçkilərə getdi və öz iradəsini azad şəkildə ifadə etdi”.

Publika.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze paytaxtda baş verən hadisələrlə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, paytaxtda baş verənlər radikal müxalifətin daha bir zəif çıxışıdır və heç bir dəyəri yoxdur: “Əslində hamı bilir ki, hadisələr gürcü xalqının maraqlarına uyğun inkişaf edir. Oktyabrın 26-da gürcü xalqı seçkiyə getdi və öz iradəsini bildirdi. Qalan hər şey radikal müxalifətin tamamilə zəif səyləridir”.

Chosen
10
6
publika.az

7Sources