EN

Bayden ABŞ konstitusiyasını dəyişməyi təklif etdi

ABŞ-ın hazırkı və keçmiş prezidentləri cinayət məsuliyyətindən immunitet hüququna malik olmamalıdılar.

Teleqraf.com xəbər verir ki, ABŞ lideri Co Bayden vida nitqində belə deyib.

Onun fikrincə, hakimiyyətdə olduqları dövrdə cinayət törətdikləri halda prezidentlər cəzadan yayınmamalıdırlar. Bayden bu məqsədlə ABŞ Konstitusiyasına düzəliş etməyə çağırıb.

O deyib: "Biz konstitusiyaya düzəliş etməliyik. Qoy hamıya aydın olsun ki, heç bir prezident hakimiyyətcə olduğu müddətdə törətdiyi cinayətlərdən immunitetə malik deyil".


Müəllif: Teleqraf.com
Chosen
11
3
teleqraf.com

10Sources