EN

Ankaradan atəşkəsə REAKSİYA

Ajans.az xəbər verir ki, bu haqda Türkiyə XİN-in rəsmi səhifələrində məlumat paylaşılıb.

XİN-in bəyanatında Həmas və İsrail arasında əldə olunan atəşkəs razılaşmasının məmnunluqla qarşıladığı qeyd olunub:

“Qətər və Misir başda olmaqla vasitəçi ölkələrə göstərdikləri səylərə görə təşəkkür edirik.

Növbəti dövrdə razılaşmanın bütün mərhələləri həyata keçirilməli, atəşkəs daimi hala salınmalı, Qəzzaya humanitar yardım təcili çatdırılmalıdır. Beynəlxalq ictimaiyyət İsrailin bu məsələlərdə öz öhdəliklərini yerinə yetirməsini təmin etməlidir.

Yaxın Şərqdə davamlı sülh və sabitlik Fələstinə sülh gəlməsi və fələstinlilərin məruz qaldığı ədalətsizliyə son qoymaqla mümkündür.

Bu çərçivədə, 1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Şərqi Qüds olmaqla, coğrafi bütövlüyünə malik müstəqil və suveren Fələstin Dövlətinin qurulması üçün sülh danışıqları ən qısa zamanda başlamalıdır.

Türkiyə önümüzdəki dövrdə Fələstin xalqına dəstəyini davam etdirəcək”.

Chosen
13
2
Ajans.az

3Sources