EN

EBRD-nin Azərbaycan üzrə investisiya portfelinin həcmi 1 mlrd. manatı ötüb

EBRD-nin

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı aktiv portfelinin həcmi əvvəlki ayla müqayisədə 18,3% və ya 159 mln. avro artaraq 1 mlrd. 30 mln. avro təşkil edib. İcra edilən aktiv layihələrin sayı 31-dən 32-yə yüksəlib.

Bu barədə "APA-Economics"ə EBRD-dən bildirilib.

Qeyd olunub ki, portfelin 92%-ni (946 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 5%-ni (50 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 3%-ni (34 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə 0,3% artaraq 668 mln. avro təşkil edib.

Beləliklə, EBRD bu günədək Azərbaycana 194 layihə çərçivəsində 3,962 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 81 %-i (3,212 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyalarda özəl sektorun payı 26%-dən 37%-ə yüksəlib.

Chosen
2
3
xalqcebhesi.az

4Sources