EN

Ötən il istehsal olunan elektrik enerjisinin 14 faizi bərpaolunan enerji mənbələrinin payına düşüb

2024-cü il üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 28 394,1 milyon kVt·st olub.

Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində yazıb.

Nazirin sözlərinə görə, il ərzində istehsal olunan elektrik enerjisinin 1 397,5 milyon kVt·st-ı ixraca yönəlib, 170,5 milyon kVt·st elektrik enerjisi isə idxal olunub.

2023-cü illə müqayisədə elektrik enerjisinin istehsalı su elektrik stansiyalarında 1 247,8 milyon kVt·st, günəş elektrik stansiyalarında isə 476,9 milyon kVt·st artıb. Bu dövrdə elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payı təxminən 14 faiz olub.

Chosen
8
7
vergiler.az

10Sources