EN

Bayden Amerika xalqına VİDA ETDİ

ABŞ prezidenti Co Bayden amerikalılara müraciət edib.

Modern.az-ın məlumatına görə, o, vida çıxışı edib.

Bayden “demokratiyanı təhdid edən” oliqarxiyanın meydana çıxdığını bildirib. 

Onun sözlərinə görə, ölkə konstitusiyasına dəyişiklik edilməlidir və prezident səlahiyyət müddəti ərzində cinayətlərə görə məsuliyyətdən yayınmamalıdır.

O, Donald Trampın hakimiyyətin sülh yolu ilə keçidini təmin etdiyini bildirib və yeni administrasiyaya uğurlar arzulayıb.

Co Bayden qeyd edib ki, Qəzza sazişi planı onun administrasiyası tərəfindən hazırlanıb və həyata keçirilib. Ancaq Ağ Evin yüksək rütbəli rəsmisi razılaşmaların əldə olunmasında Trampın komandasının konstruktiv rol oynadığını bildirib.

“Biz NATO-nu xaricdə gücləndirmişik. Ukrayna hələ də azaddır və biz Çinlə qarşı-qarşıya gəlməyə müvəffəq olduq”, - Co Bayden bildirib.

Onun fikrincə, ABŞ-ı hərbi sənaye kompleksi deyil, “texniki-sənaye kompleksi” təhdid edir.

Mətbuat qeyd edib ki, Bayden dolayısı ilə bir sıra vədləri yerinə yetirmədiyini etiraf edib. “Nailiyyətlərimizin təsirini hiss etmək üçün vaxt lazımdır. Amma toxumlar səpilib və onlar növbəti onilliklərdə böyüyəcək”, - Amerika prezidenti bildirib.

Nailiyyətlər sırasında o, 17 milyona yaxın yeni iş yerinin yaradılmasını, habelə səhiyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsini qeyd edib.

Chosen
8
3
demokrat.az

10Sources