EN

Qəzza zolağında atəşkəs yanvarın 19-da qüvvəyə minəcək

Vətəninfo.az xəbər verir ki, Qətərin baş naziri bildirib ki, Qəzza zolağında atəşkəs razılaşması yanvarın 19-da qüvvəyə minəcək.

Onun sözlərinə görə, atəşkəsin birinci mərhələsi 42 gün davam edəcək və bu müddət ərzində 33 israilli girov azad ediləcək.

İsrail ordusu Qəzza zolağından azad edilmiş girovların qəbulu üçün “Azadlıq qanadları” adlı əməliyyata hazırlıqlara başladığını rəsmən elan edib.

Öz açıqlamasında HƏMAS Qəzzada atəşkəs razılaşmasının əldə olunduğunu təsdiqləyib.

HƏMAS Qətər və Misirə vasitəçilik səylərinə görə təşəkkür edib.

İsrailli hərbi jurnalist Doron Kadoş razılaşmanın təfərrüatlarını bildirir:

– 6 həftəlik atəşkəs

– İsrail ordusunun Qəzza zolağından tədricən çıxarılması

– Gündəlik sektora 600 humanitar yardım maşını daxil olacaq.

– HƏMAS qaçırılan 33 israillini azad edəcək.

– İsrail qaçırılan hər mülki şəxsə görə 30 terrorçu məhbusu, qaçırılan hər hərbi qulluqçuya görə isə 50 terrorçunu azad edəcək.

“Əl-Cəzirə” xəbər verir ki, razılaşmanın ilk mərhələsində ömürlük həbsə məhkum edilmiş 250-yə yaxın terrorçu məhbusun azadlığa buraxılacağı gözlənilir.

Ərəb mənbələrinin məlumatına görə, razılaşma çərçivəsində 1650 terrorçu İsrail həbsxanalarından azad ediləcək

Chosen
5
veteninfo.az

1Sources