EN

“Simpsonlar” serialı Los-Anceles yanğınlarıni öncədən bilirmiş

Yazını böyüt
Yazını kiçilt

Los-Ancelesi külə çevirən meşə yanğınları günlərdir davam edir. Maraqlıdır ki, “Simpsonlar” serialı pərəstişkarları iddia edirlər ki, şou 2007-ci ildəki bir epizodda bu yanğınları proqnozlaşdırıb.

Hafta.az-ın yazdığına görə, TikTok istifadəçisi @twinski.tv "Kiçik böyük qız" adlı bölümdə Sprinqfild şəhərinin böyük meşə yanğını ilə üzləşdiyini göstərən video paylaşıb. Videoda yanğının Bartın zarafatı nəticəsində başladığı və qısa zamanda nəzarətdən çıxaraq qəsəbəni təhdid etdiyi görünür.

Bu epizoddakı yanğın səhnələri Los-Ancelesdəki yanğınlarla qorxunc oxşarlıq daşıyır. Hər iki halda yanğınlar sürətlə yayılaraq böyük dağıntılara səbəb olub və yanğınsöndürənlər alova nəzarət etməkdə çətinlik çəkiblər.

“Simpsonlar” seriyalı əvvəllər Donald Trampın prezidentliyi və koronavirusun yayılması kimi hadisələri proqnozlaşdırmaq üçün gündəmdəydi. Serialın bu dəfə Los-Anceles yanğınlarını proqnozlaşdırması "təsadüfdür, yoxsa öncəgörməlik?" sualını ağlına gətirir.

Bəzi sosial media istifadəçiləri serialın bu qədər hadisəni düzgün proqnozlaşdırmasının “narahatedici” olduğunu düşünür, digərləri bunun sadəcə bir təsadüf olduğuna inanır.

Los-Ancelesdəki yanğınların nədən baş verdiyi hələ müəyyən edilməyib. Bununla belə, səlahiyyətlilər yanğının başvermə ehtimalını da araşdırır. Yanğınlar nəticəsində 10 mindən çox binaya ziyan dəyib, ən azı 25 nəfər həlak olub.

Chosen
8
hafta.az

1Sources