Daha əvvəl “Adını Feriha Koydum” məşhur serialında ana-qız obrazını canlandıran türkiyəli aktrisalar Vahide Perçin və Hazal Kaya bu dəfə “Şakir Paşa ailesi: Mucizeler ve skandallar” serialına eyni rolları canlandıracaqlar.
Bizim.Media xəbər verir ki, ekran işində Aliye Bergerin gəncliyi üçün Hazal Kayaya təklif göndərilib. Hazal isə rolu qəbul edib.
Hazırda Aliye Bergerin uşaqlığını Azra Aksu, onun anası İsmet xanımı isə Vahide Perçin canlandırır.
Qeyd edək ki, Hazalla Perçin 2011-2012 illəri arasında yayımlanan “Adını Feriha Koydum” serialında da ana-qızı rolunu oynayırdılar.
Bizim.Media