EN

176 milyon manat “ƏDV geri al”

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “XQ”yə bildirilib ki, 2024-cü il ərzində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdikləri tibbi xidmətlərə görə ödənilən  ƏDV-nin 176 milyon 360 min manatı istehlakçılara geri qaytarılıb.

Məlumata görə, hesabat dövründə  “ƏDV geri al” layihəsinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması prosesi də davam etdirilib. 2024-cü il ərzində nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılan həcmi 26 milyon 418 min manatdan çox olub.

Chosen
1
36
xalqqazeti.az

10Sources