EN

Kubanıçbek Ömüralıyev: TDT Orta Dəhliz boyunca gömrük və ticarət proseslərini asanlaşdırmağa sadiqdir

Bakı, 16 yanvar, AZƏRTAC

Türk dünyası elektron yük daşımaları baxımından öndər coğrafiyadır və təşəbbüsün daha da inkişaf etdirilməsində maraqlıyıq. Bu dəstək təşkilatımızla yanaşı Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı ilə keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Gömrük Administrasiyaları Rəhbərlərinin 10-cu iclasında bildirib.

Baş katib qeyd edib ki, qlobal çağırışlar fonunda sərhədlərarası ticarət artan nəqliyyat xərcləri, uzun məsafələr, geniş sənəd yoxlamaları, gömrük və tranzit prosedurlarında gecikmələr daxil olmaqla artan çətinliklərlə üzləşir.

“Bu çağırışların həlli regionumuzun iqtisadi dayanıqlılığı və inkişafı üçün həyati əhəmiyyət kəsb edir. “Türk Dünyasına Baxış 2040” strateji sənədimizə uyğun olaraq, TDT üzv dövlətlər arasında və Orta Dəhliz boyunca gömrük və ticarət proseslərini asanlaşdırmağa sadiqdir. Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı ilə əməkdaşlıq çərçivəsində Özbəkistan, Qazaxıstan və Qırğızıstan arasında mərhələli şəkildə nəqliyyat və tranzit prosedurlarının rəqəmsallaşdırılması öhdəliyini yerinə yetirəcəyik”, - o vurğulayıb.

Chosen
11
9
azertag.az

10Sources