EN

ABŞ-nin üç keçmiş prezidenti Trampın andiçmə ziyafətində iştirak etməyəcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin keçmiş liderləri - 42-ci prezident Bill Klinton, 43-cü prezident kiçik Corc Buş və 44-cü prezident Barak Obama yanvarın 20-də Donald Trampın andiçməsi ilə bağlı təşkil olunan nahar yeməyində iştirak etməyəcəklər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "NBC" teleşirkəti mənbələrə istinadən məlumat verib.
Məlumata görə, Obama və Klinton artıq nahar yeməyinə dəvət alıblar, lakin iştirak etməyi planlaşdırmırlar. Keçmiş birinci xanım və keçmiş dövlət katibi Hillari Klintona da dəvət göndərilib, lakin o da eyni şəkildə tədbirə qatılmaqdan imtina edib. Kiçik Buşun nümayəndələri isə onun dəvət alıb-almadığından xəbərsiz olduqlarını bildiriblər.
Bununla belə, hər üç keçmiş prezident Trampın yanvarın 20-də andiçmə mərasimində iştirak edəcək. Adətən yeni dövlət başçısının andiçmə mərasimində çıxışından sonra səlahiyyət müddəti başa çatan prezident Vaşinqtonu tərk edir. Yeni prezident isə sələfi ilə vidalaşdıqdan sonra andiçmə ilə bağlı nahar yeməyinin təşkil olunduğu Kapitoliyə qayıdır, hansı ki, bu ənənənin əsası 1953-cü ildə ABŞ-nin 34-cü prezidenti Duayt Eyzenhauer tərəfindən qoyulub.
Chosen
5
oxu.az

1Sources