EN

Cənubi Koreya prezidentinin həbsi: Gecəni təkadamlıq kamerada keçirdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Koreya Respublikasının hazırkı prezidenti Yun Sok Yol yanvarın 15-dən 16-na keçən gecə Seulda 10 kvadratmetrlik istintaq təcridxanası kamerasında gecələyib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə MBC telekanalı məlumat yayıb.
Bildirilir ki, Yun Sok Yol yerli vaxtla yanvarın 15-də saat 22 radələrində Seul İstintaq Təcridxanasına salınıb.
Prezident digər məhbuslardan ayrı saxlanılıb, buna görə də telekanal qeyd edir ki, bu, faktiki olaraq təkadamlıq kamera olub. Otaqda yazı masası, ayrıca tualet, yataq ləvazimatları və televizor olub. Yun Sok Yol adi geyimdə qalıb, otaqda 24 saat videomüşahidə aparılıb. Səhər yeməyində qarğıdalı lopası, süd, bişmiş yumurta və qoz-fındıq təklif edilib. Onun bunları yeyib-yemədiyi məlum deyil.
Ölkə tarixində ilk dəfədir ki, fəaliyyətdə olan dövlət başçısı həbs edilib; Konstitusiya Məhkəməsinin impiçment işi üzrə qərarına qədər Yun Sok Yolun səlahiyyətləri dayandırılmış hesab olunur.
Prezidentin həbsi 48 saata qədər nəzərdə tutulub, bundan sonra həbsin uzadılması üçün məhkəmədən daha bir order alınmalıdır.
Chosen
7
oxu.az

1Sources