EN

9 yaşlı gəlinlə ilk rəsmi toy oldu - VİDEO

İraqda 9 yaşlı gəlinlə ilk rəsmi toy olub.

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən toyun görüntüləri sosial şəbəkələrdə yayılıb. 

Məlumata görə, 35 yaşlı kişi toy mərasimini İraq parlamenti nikah yaşını 9 yaşa endirən qanunu təsdiqlədikdən sonra təşkil edib.

"Qanun 188" kimi tanınan qanun 1959-cu ildə qəbul edilib və Yaxın Şərqdə ən mübahisəli qanunlardan biridir. 

Bu qanun müsəlman ailələrind münasibətləri tənzimləyir və uşaqlarla evlənməyə icazə verir.

Qanun layihəsində nəinki nikah yaşının aşağı salınması, həm də qadınlar üçün bir sıra digər məhdudiyyətlər də təklif edilir. Düzəlişlər qəbul olunarsa, iraqlı qadınlar boşanma, uşaq qəyyumluğu və miras hüquqlarından məhrum edəcəklər. 

Hakim koalisiya deyib ki, təklif olunan dəyişikliklər ciddi İslam qanunlarına uyğundur və gənc qızları əxlaqsız münasibətlərdən qorumaq məqsədi daşıyır.


Chosen
3
1
news24.az

2Sources