EN

Çin nəhəngi ABŞ-ın "qazdığı quyu"dan belə çıxır

Uzun müddətdir ABŞ-ın embarqoları ilə üzləşən Çin texnologiya nəhəngləri bu problemin öhdəsindən gələ bilib.

Publika.az xəbər verir ki, ABŞ-ın uzun müddətdir “Huawei”yə tətbiq etdiyi embarqolara və çip tədarükü məhdudiyyətlərinə baxmayaraq, Çin mərkəzli texnologiya nəhəngi yenidən qlobal bazarda söz sahibi olmağı hədəfləyir.

“Huawei” smartfon bazarında satış etdiyi ölkələrin sayını artırmaqla əvvəlki güclü mövqeyini bərpa etməyə çalışır.

2019-cu ildə ABŞ-ın başlatdığı sanksiyalarla “Huawei” smartfon bazarında liderliyini itirib. Şirkət 2023-cü ildə "Mate 60" seriyası ilə yerli bazarda yüksəlməyə başlasa da, bu cihazları qlobal miqyasda satışa çıxara bilmədi. Çip istehsalı avadanlığının olmaması qabaqcıl prosessorların istehsalında problemlərə səbəb olub.

Chosen
1
publika.az

1Sources