EN

Növbəti köç karvanı Cəbrayıla çatıb, açarlar təqdim olunub

Növbəti köç karvanı Cəbrayıla çatıb, açarlar təqdim olunub.

Bu mərhələdə Cəbrayıl şəhərinə daha 32 ailə - 153 nəfər köçürülüb.

yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı bu gün Bakı şəhərinin Qaradağ rayonundan yola salınmışdı. 

Xatırladaq ki, yanvarın 13-də Cəbrayıl şəhərinə 39 ailə - 165 nəfər köçürülüb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.

 

Chosen
5
4
marja.az

10Sources