EN

Vorenejdə nəhəng neft anbarı dronla VURULDU: Qonşu rayonlardan dəstək qüvvələri cəlb edildi - VİDEO

Çərşənbə günü axşam saatlarında Voronej vilayətinin Liski rayonunda yerli neft bazasında güclü yanğın baş verib.

Musavat.com xəbər verir ki, bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev bildirib.

Onun sözlərinə görə, gücləndirilmiş yanğınsöndürmə briqadaları onlarla texnika yanğınla mübarizə aparılır.

Qubernator bildirib ki, yanğının söndürülməsi üçün qonşu rayonlardan əlavə qüvvələr göndərilib. Hadisə zamanı təlafat baş verməyib.

Hadisə şahidləri yanğının kadrlarını sosial şəbəkələrdə paylaşıb. Onların sözlərinə görə, neft anbarı pilotsuz təyyarənin hücumuna məruz qalıb.

Məlumata görə, yanvarın 16-na keçən gecə Voronej vilayətinin üç rayonu 10-dan çox pilotsuz təyyarənin hücumuna məruz qalıb.

Rusiyanın Rostov, Oryol və Belqorod vilayətlərinin də PUA-ların hücumuna məruz qaldığı bildirilir. 

Musavat.com

Chosen
2
1
musavat.com

3Sources