EN

Ermənistanda sadəcə iqtidar dəyişilib, faşist ritorikası dəyişməyib - ÖZƏL

"Əslində Ermənistanın 2018-ci ildən bu yana sadəcə rəhbərliyi dəyişilib, onun dövlət siyasəti isə dəyişməyib". 
Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
"Dövlət siyasəti yenə də aqressiv, təcavüzkar, döyüşkən, millətçilik, ərazi işğalı və başqa xalqların mənafeləri üzərində Ermənistan dövlətinin inkişaf etdirilməsi cəhdləridir. Sadəcə Vətən müharibəsində ağır məğlubiyyətə uğrayandan sonra onlar indiki şəraitdə özlərinin gücsüz olduğunu artıq anlayıblar və bu nisbətən onları oturaq mövqedə, sakit dayandıqlarını nümayiş etdirir. Amma əslində aqressiv siyasət olduğu kimi davam edir. İstər müharibədən sonra yaranmış reallıqların inkarı baxımından, istərsə də Ermənistanın militarizasiyasının davam etdirilməsi baxımından. Hər iki istiqamətdə Ermənistan yenə də davakar mövqedədir. Bu da onunla bağlıdır ki, Ermənistanda sadəcə iqtidar dəyişilib, amma dövlətin aqressiv siyasəti, faşist ritorikası hələ də dəyişməyib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
4
olaylar.az

1Sources