EN

Hadisə ilə Melike Şahinin sözü çəpləşdi - FOTOLAR

Türkiyədə TV8-in məşhur “O Ses Türkiye” proqramına tamaşaçı kimi gedən insanlar studiyadan görüntüləri sosial şəbəkədə paylaşıblar.

“Cebheinfo.az” xəbər verir ki, sosial mediaya sızan görüntülərdə Hadisə ilə yeni mövsümdə münsif kürsüsündə oturan müğənni və bəstəkar Melike Şahinin dialoqu gündəm olub. 

Kadrlarda Melike Şahin “Dostlarım müsabiqədə iştirak etməyimi çox istəyirdilər, qismətdə münsif olaraq iştirak etmək varmış”,- deyib. 

Hadisənin “Lazım gəlsə, yarışmacı üçün hücuma keçəcəksən” sözlərinə Melike Şahin "Hücum mənim xarakterimə uyğun bir şey deyil" cavabını verib. 

Bu dialoqa münasibət bildirən sosial şəbəkə istifadəçiləri Hadisə ilə Melike Şahin arasında "soyuq müharibə"nin başladığını söyləyiblər.

Qeyd edək ki, Acun Ilıcalı “O Ses Türkiye”nin yeni il xüsusi proqramında müsabiqənin 25 yanvar 2025-ci ildə ekranlara dönəcəyini açıqlayıb. Proqramda münsif kürsüsündə Beyazıt Öztürk, Gökhan Özoğuz, Hadisə və Melike Şahin əyləşiblər. 

Chosen
11
cebheinfo.az

1Sources