Karate ustası, beşqat dünya, 11 qat Avropa çempionu və Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayev Karate Federasiyasındakı vəzifəsindən istefa verib.
Mia.az Oxuaz-a istinadla xəbər verir ki, o, Azərbaycan Karate Federasiyasının (AKF) WKF üzrə vitse-prezidenti vəzifəsindən ayrılıb.
Rafael Ağayev Karate Federasiyasının WKF üzrə vitse-prezidenti vəzifəsindən istefa verəcək.
Mia.az-ın məlumatına görə, bu barədə onun özü məlumat verib.
"Mən birdənə vitse-prezident olduğumu xatərlayıram. Ondan bu yana təəssüflər olsun ki, 7-8 aydır iclaslar olur, bir dəfə dəvət almıram. Ona görə də bu ayın axırına qədər vəzifəmdən istefa verib ayrılacam". - deyə sportlife.az-a müsahibəsində bildirib.
Fərid
MİA.AZ