EN

Azərbaycanda ötən il 232 yeni dövlət standartı qəbul edilib

2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) 232 yeni dövlət standartı qəbul edib.

“Report” AZSTAND-a istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 66,9 % çoxdur.

Yeni dövlət standartlarının 67-si qida texnologiyası və kənd təsərrüfatı, 12-si tikinti materialları, 9-u idarəetmə və keyfiyyət, 25-i informasiya, telekommunikasiya və elektrotexnika, 2-si rezin və plastik sənaye, 14-ü neft-qaz və əlaqəli texnologiyalar, 6-sı zərgərlik, 16-sı ətraf mühit, 13 nəqliyyat, 1-i səhiyyə və tibb, 11-i tekstil və dəri texnologiyası, 56-sı əməyin təhlükəsizliyi üzrə qəbul edilib.

Bundan başqa, ötən il 105 dövlət standartının dövrü yoxlanılması aparılıb və yaxud dəyişikliklər edilib, eləcə də 70 dövlət standartı ləğv edilib.

Həmçinin il ərzində sahibkarların sifarişi əsasında 136 texniki şərt hazırlanıb, ekspertiza edilərək dövlət qeydiyyatına alınıb.

“Yeni standartlar ölkənin sosial-iqtisadi inkişafı naminə həyata keçirilən məqsədyönlü tədbirlərin icrası məqsədilə prioritet istiqamətlərə dair qəbul edilmiş Dövlət Proqramlarında yer alan tapşırıqlar üzrə qarşıya qoyulmuş hədəflər nəzərə alınmaqla beynəlxalq standartlara və müasir tələblərə uyğunlaşdırılaraq qəbul edilib. Bu normativ sənədlər müxtəlif sahələr üzrə ölkəmizdə istehlak olunan məhsulların, məhsul istehsalı ilə bağlı proseslərin və istehsal metodlarının təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsinə, habelə məhsulların rəqabətqabiliyyətliliyinin artırılmasına və yeni texnologiyaların tətbiqinə şərait yaradır", - deyə AZSTAND bəyan edib.

Chosen
6
6
report.az

7Sources