"Arsenal" futbolçusu Maylz Luis-Skelli ilə yeni müqavilə imzalayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
London təmsilçisi 18 yaşlı sol cinah müdafiəçisinin çıxışından razı qalıb. Buna görə də onunla yeni razılıq bağlanacaq. Danışıqlar hələ bitməsə də, "topçular" məsələyə müsbət yanaşırlar, çünki onlar ingiltərəli futbolçunu uzun müddət komandada saxlamaq istəyirlər.
Qeyd edək ki, Maylz Luis-Skelli "Arsenal"ın öz yetirməsidir. O, bu mövsüm 18 matça çıxıb və 1 qol vurub.
Bizim.Media