EN

Ən böyük neft emalı zavodlarından biri fəaliyyətini dayandırıb

Ən

Rusiyanın Volqoqrad Neft Emalı Zavodunda baş verən müəmmalı yanğın nəticəsində dizel yanacağı istehsal gücünün yarısı dayandırılıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Röyter” agentliyi neft sənayesindəki iki mənbəyə istinadla məlumat yayıb.

Yanğının səbəbləri hələlik məlum deyil, lakin onun nəticələri zavod üçün dəhşətli olub.

“Yanğın söndürülüb. Hidrotəmizləmə dayandırılıb. Təmirin nə qədər vaxt aparacağı bəlli deyil”, - deyə mənbələrdən biri bildirib.

Digər mənbə deyib ki, yanğın iki dizel hidrotəmizləyici qurğudan biri olan 18-ci blokda baş verib.

Qeyd olunur ki, zavodun gündəlik gücü 9500 metrik tondur.

“The Moscow Times”ın qeyd etdiyi kimi, Volqoqrad Neft Emalı Zavodu Rusiya Federasiyasının Cənub Federal Dairəsində ən böyük neft məhsulları istehsalçısıdır və ümumilikdə Rusiyada ən böyüklərdən biridir. Keçən il o, 1,9 milyon ton benzin, 6 milyon ton dizel yanacağı və 0,8 milyon ton mazut istehsal edib.

V. QULİYEV
Chosen
5
reyting.az

1Sources