EN

Rusiyada sanatoriyada kütləvi zəhərlənmə

Rusiyanın Krasnoyarsk diyarında Taqarskoye gölündə yerləşən “Sosnovıy Bor” sanatoriyasında 32 nəfər zəhərlənib.

Publika.az bu barədə vilayət prokurorluğuna istinadən xəbər verir.

İdarədən vurğulayıblar ki, sanatoriyada istirahət edənlər qidadan zəhərlənmə əlamətləri ilə həkimə müraciət ediblər, onlardan beşi xəstəxanaya yerləşdirilib.

Prokurorluğun ilkin məlumatlarına görə, zərərçəkənlər yerli yeməkxanada yemək yeyiblər. Sanatoriya müəssisədə sanitar-epidemioloji tələblərə riayət olunmasını və iaşənin təşkilini yoxlamağa başlayıb.

Chosen
21
2
publika.az

3Sources