EN

NATO Ukraynaya dəstəyi davam etdirmək niyyətindədir

NATO Ukraynaya dəstəyi davam etdirmək niyyətindədir, çünki müvafiq kurs siyasi səviyyədə təsdiqlənib.

Trend-in məlumatına görə, bu barədə NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı general Kristofer Kavoli Brüsseldə keçirilən mətbuat konfransında bildirib.

"Bu dəstək davam edəcək. Ölkələrimizin siyasi rəhbərliyi bizi buna yönəldib", - deyə o qeyd edib.

Kavoli əlavə edib ki, “Kiyevə gələcək dəstəkdən narahat deyil”. O, həmçinin vurğulayıb ki, alyans Ukrayna tərəfinə yardım ötürmək üçün lazım olan bütün strukturlara malikdir.

Chosen
9
3
qaziler.az

10Sources