EN

Blinken Ərdoğandan kömək istəyib

ABŞ dövlət katibi Antoni Blinken HƏMAS ilə İsrail arasında əldə olunan atəşkəsə dair açıqlamalar verib.

Olaylar.az xəbər verir ki, ABŞ Prezidenti Co Bayden, "Atəşkəs bizim sayəmizdə imzalandı" deyə bildirsə də, ABŞ Dövlət Katibi Entoni Blinken, Həmas-ı atəşkəs danışıqlarına gətirmək üçün Prezident Rəcəb Tayyib Ərdoğan-dan yardım istədiklərini açıqlayıb.

CNN Türk-ün ABŞ təmsilçisi Yunus Paksoy, Blinken-in sonuncu mətbuat toplantısında verdiyi açıqlamanı belə çatdırıb:

Blinken-ə atəşkəsin necə əldə edildiyi soruşublar. Blinken bildirib:
"Son həftələrdə Prezident Ərdoğanla görüşdük. Həmas-ı masa arxasına qaytarmaq və razılaşmanı tamamlamaq üçün Ərdoğanın təsirindən istifadə etdik. Ərdoğan bunu etdi və Həmas danışıqlar masasına geri qayıtdı."
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
9
1
olaylar.az

10Sources