EN

ABŞ-dən maşın alanlar DİQQƏT! - Belə aldadılırsınız...

Hazırda Azərbaycanda sürülən avtomobillərin əksəriyyəti Amerika bazarı üçün nəzərdə tutulmuş avtomobillərdir. Onlar hərraclarda udularaq Bakıya gətirilir. Hazırda sırf bu sahə üzrə biznes qurub kifayət qədər pul qazanan şəxslər var. Bəziləri avtomobili hərracda udub elə yoldaca satır, bəziləri alıcı ilə birlikdə udur, bəziləri isə avtomobili özü burada düzəltdirib satırlar.

Avtomobilin ABŞ-dən alınıb-gətirilməsində və bu şəxslərlə bağlı hər hansı bir problem yoxdur. Lakin, bəzi avtomobillər var ki, ABŞ-də hərraca olduğundan fərqli şəkildə təqdim edilir. Məsələn, bir dəfə ağır qəzası olan avtomobil ikinci dəfə çox yüngül zədəsi varmış kimi təqdim edilərək ucuz qiymətə satışa qoyulur. Və ya suda batmış, dərədən yuvarlanmış maşınlar ikinci dəfə sağlam maşın kimi təqdim edilir.

Buna görə də avtomobili almazdan əvvəl sadəcə oradakı şəkillərə baxmaq kifayət etmir. Bu maşınları alarkən "Carfax" etdirmək, yəni ABŞ sığorta bürosundan avtomobilin sığorta keçmişinə tam baxmaq lazımdır.

Qeyd edək ki, bu tip sürprizli məqamlar əsasən ucuz qiymətə oynanılmış maşınlarda yaşanır.

"Carfax" avtomobillər haqqında tarixçəni təqdim edən bir platformadır. ABŞ və Kanadada geniş istifadə olunan bu xidmət, istifadə edilmiş avtomobillərin keçmişi ilə bağlı ətraflı məlumat almağa imkan yaradır. Carfax-ın təqdim etdiyi hesabatlarda avtomobilin qəzaları, əvvəlki sahibləri, texniki baxış tarixləri, kilometraj məlumatları, oğurluq və ya digər hüquqi problemlərlə bağlı qeydlər göstərilir.

Bu xidmət alıcılar üçün daha məlumatlı qərar verməyə və potensial risklərdən qaçmağa kömək edir. Hesabatlar əsasən, avtomobilin VIN (Vehicle Identification Number) nömrəsi ilə əldə edilir. Carfax həm fərdi istifadəçilərə, həm də avtomobil satıcılarına xidmət təklif edir.

İslam
Milli.Az

Chosen
2
1
milli.az

2Sources