Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşən 580-dən çox xarici muzdlu beynəlxalq axtarışa verilib.
Herbiand.az xəbər verir ki, bu barədə TASS Rusiya İstintaq Komitəsinə istinadən məlumat yayıb.
Məlumatda deyilir: "Cinayət işi üzrə ümumilikdə 55 ölkədən 845 əcnəbi ittiham olunur; bu günə kimi 589 muzdlu beynəlxalq axtarışa verilib. Artıq 86 iş araşdırılıb, 49 nəfərə hökm oxunub".