EN

Rafael Fiziyev: "Qəfəsə qayıtmağı səbirsizliklə gözləyirəm"

UFC-nin yüngül çəki dərəcəsində mübarizə aparan azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyev növbəti döyüşü haqqında danışıb.

“Sentyabr, dekabr, yanvar və fevral aylarında 4 fərqli rəqibə qarşı döyüşməklə bağlı təklifləri qəbul etmişdim".

"Operativ Media " xəbər verir ki, bunu UFC-nin yüngül çəki dərəcəsində mübarizə aparan azərbaycanlı qarışıq döyüş ustası Rafael Fiziyev dizindən aldığı zədədən sonra oktaqona mümkün qayıdışı barədə sosial şəbəkədə danışarkən deyib.

Amma o, döyüşlərin dəqiq tarixlərinin hələ müəyyənləşmədiyini bildirib: "Çox çalışıram və qəfəsə qayıtmağı səbirsizliklə gözləyirəm".

Həmyerlimiz fevralın 1-də Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçiriləcək "UFC Fight Night 250"də iştirak etməli idi. Təşkilatçılar hətta onun Dan Hukerlə (Avstraliya) döyüşəcəyini bildirsələr də, sonra görüş ləğv edilib.

Fiziyevin son döyüşü 2023-cü ilin sentyabrında "UFC Fight Night 228" turnirində olub. İkinci raundda dayandırılan döyüşdə dizindən aldığı zədə səbəbindən davam edə bilməyən Rafael texniki nokautla uduzub.

Qarışıq döyüş növlərində Fiziyevin hesabında 12 qələbə və 3 məğlubiyyət var.

Chosen
5
1
operativmedia.az

2Sources