Amerika liderinin iddiasına görə, söhbət zamanı Ukraynada nüvə silahının olması və onun NATO-ya üzvlüyü mövzularına toxunulub. Lakin o, bu söhbətin nə vaxt baş verdiyini dəqiqləşdirməyib.
“Dedim ki, biz artıq oradan (Ukraynadan - red. ) nüvə silahını çıxarmışıq. Onlar orada yoxdur. Biz onu geri qaytarmaq fikrində deyilik və o (Ukrayna) sistemini əhəmiyyətli dərəcədə dəyişdirənə qədər NATO-nun bir hissəsi olmayacaq. Putinə dedim ki, ABŞ Ukraynanın “böyüməsinə” kömək etməyə davam edəcək, lakin bu iki hadisə (Ukraynaya nüvə silahı verilməsi və onun NATO-ya daxil olması – red.) baş tutmayacaq”, - Co Bayden vurğulayıb.
Qeyd edək ki, hələ Rusiyanın genişmiqyaslı hərbi müdaxiləsindən əvvəl rəsmi Kiyevin və onun Qərbdəki müttəfiqlərinin Ukraynanın NATO-ya üzv olması üçün israrlı siyasət apardığını nəzərə alsaq, Co Baydenin dediklərinin həqiqət olduğu böyük şübhə doğurur. Belə ki, Vladimir Putinə belə vəd verildiyi halda, Ukraynanı zor-xoş Şimali Atalantika Alyansına sürükləmə siyasəti heç bir sağlam məntiqə sığmır.
Bayden:"Ukraynada öldürüləcəyimdən narahat idim" |
Sahil İsgəndərov
AzVision.az