Olaylar.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Krımdan Dövlət Dumasının deputatı, Təhlükəsizlik Komitəsinin üzvü Mixail Şeremet məlumat verib.
"Böyük Britaniya Rusiyaya qarşı düşmənçilik kursunu davam etdirir. Lakin Rusiya, Britaniya tərəfindən əsarət altında saxlanılan müstəmləkə ölkələrindən fərqli olaraq, istənilən təcavüzkara layiqli cavab verə biləcək gücdədir," - deyə deputat vurğulayıb.
Şeremet qeyd edib ki, Ukrayna ərazisində Britaniyanın hərbi bazalarının yaranması Rusiyanın milli təhlükəsizliyi üçün təhdid kimi qiymətləndiriləcək. Bu səbəbdən həmin bazalar legitim hədəf olaraq zərbə üçün nəzərdə tutulacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31