Azərbaycanda qoyunların sayı açıqlanıb. İlkin məlumatlara görə 2025-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 6850,2 min baş qoyun və keçi, 2459,7 min baş iribuynuzlu mal-qara, o cümlədən 1223,1 min baş inək və camış mövcud olub.
Bu barədə Azpost-nun Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, iribuynuzlu mal-qaranın 49,7 faizini inək və camışlar təşkil edir.
2024-cü ildə quşçuluq müəssisələri üzrə ümumilikdə cəmi quşların sayı 12091,5 min baş olub.
Xatırladaq ki, 2023-cü il oktyabr ayının 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 mln. 533.1 min baş, xirdabuynuzlu heyvanların sayı isə 7 mln. 223.2 min baş təşkil edib.
Belə ki, iribuynuzlu heyvanların sayı ən çox Sabirabad (125 255 baş), Bərdə ( 101 812 baş) və Cəlilabad ( 91 057 baş), xırdabuynuzlu heyvanların sayı isə ən çox Beyləqan ( 301 583 baş), Şəmkir ( 273 898 baş), Ağcabədi ( 233 964 baş) rayonlarındadır.
Xatırladaq ki, cari ildə iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalaraq son 10 ilin ən aşağı həddinə düşüb.