Azərbaycan Respublikasında 29 yanvar 2025-ci il tarixinə təyin olunmuş bələdiyyə seçkilərinin təşviqat mərhələsi davam edir. Yeni Azərbaycan Partiyasının (YAP) Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsi üzvlüyünə namizədləri İxdiyar Nəcəfov, Arif Şahmuradov, Mirvari Quliyeva, Rəşad Rzayev, Eldar Mirzəliyev və İlham Mirzəyev təşviqat mərhələsi çərçivəsində növbəti səyyar görüşlərini Yeni Günəşli "D" yaşayış sahəsi 26-cı binanın və Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi 8-ci binanın sakinləri ilə keçiriblər.
Leqal.info xəbər verir ki, sakinləri salamlayan Qaraçuxur bələdiyyəsinin sədri, YAP-ın Qaraçuxur bələdiyyəsi üzvlüyünə namizədi İxdiyar Nəcəfov bildirib ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində böyük uğurlar əldə edilib. Onun sözlərinə görə, Prezident İlham Əliyev azad olunmuş ərazilərin iqtisadi reinteqrasiyasına böyük diqqət yetirir. Azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri iqtisadi və sosial inkişaf üçün yeni imkanlar açıb. Regionda biznesin inkişafı üçün yaradılan şərait, dövlət-sahibkar işbirliyi müstəvisində yeni layihələr reallığa çevrilib. İşğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi dirçəlişi vətəndaş olaraq hər birimiz üçün əsas prioritetdir.
Daha sonra çıxış edən YAP-ın Qaraçuxur bələdiyyəsi üzvlüyünə namizədləri Arif Şahmuradov, Mirvari Quliyeva, Rəşad Rzayev, Eldar Mirzəliyev və İlham Mirzəyev bələdiyyə sistemində həyata keçirilən islahatlardan, eləcə də bu sahədə əldə olunan uğurlardan söz açıblar.
Görüşlər zamanı adıçəkilən ünvanların sakinləri müəyyən məsələlərlə bağlı təkliflərini səsləndirib və qarşıdan gələn seçkilərdə qalib xalqın seçiciləri olaraq YAP-ın namizədlərini dəstəkləyəcəklərini ifadə ediblər.
Leqal.info