EN

Müəllim 13 yaşlı şagirdindən hamilə qaldı

ABŞ-nin Nyu-Cersi ştatında ibtidai məktəb müəllimi 13 yaşlı şagirdindən hamilə qalıb.

Ölkə.Az "ABC 6"ya istinadla xəbər verir ki, Nyu-Cersinin cənubundakı "Middle Township" İbtidai məktəbinin 5-ci sinif müəllimi olan Laura Karon 13 yaşlı şagirdini cinsi istismara məruz qoyub.

Belə ki, Karon məktəbli ilə ilk dəfə sinifdə ona və qardaşına dərs deyən zaman tanış olub. Cinsi zorakılığın 2016-cı ildə, şagirdin təxminən 11 yaşı olarkən başladığı üzə çıxıb. 

Məktəbli həmin vaxt Karonun evində bacıları ilə yaşayırdı və arabir Karonun çarpayısında oyanırdı. 
Hadisə müəlllimin 5 yaşlı oğlunun fotosunu feysbukda paylaşması ilə üzə çıxıb. İstismara məruz qaldığı deyilən məktəblinin atası gördüyü fotonu oğluna və özünə çox bənzədib.
Bundan sonra ata hüquq-mühafizə orqanlarına şikayət edib və cinayət işi açılıb.
Keyp Mey əyalətinin prokurorluğunun verdiyi məlumata görə, şagirdinin uşağını dünyaya gətirməkdə ittiham olunan 34 yaşlı müəllim  həbs edilib.

Həmin məktəblinin hazırda 20 yaşı var. Məlumata görə, şikayət ərizəsində adı açıqlanmayan gəncin uşağın atası olduğunu etiraf etdiyi də qeyd edilib.

Billurə
 

Chosen
6
olke.az

1Sources